Azərbaycanda dəhşətli QƏZA: YARALILAR VAR

Azərbaycanda dəhşətli QƏZA:
Hadisə 01-06-2025 - 11:47
 2528

Ucarda qəza olub, xəsarət alanlar var.

Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan " Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə, 1977- ci il təvəllüdlü Səyyub Rəşid oğlu Allahverdiyev, 1967- ci il təvəllüdlü Aygün İdris qızı Məmmədova, 1964-cü il təvəllüdlü Vüqar Məmməd oğlu Məmmədov, 1988-cü il təvəllüdlü Fərəhxanım Vüqar qızı Hüseynova və 1983-cü il təvəllüdlü Tural Mahir oğlu Hüseynov aldıqları müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Vəziyyətləri nisbətən ağır olan S. Allahverdiyev və T. Hüseynov Göyçay xəstəxanasına aparılıblar.

Fakt araşdırılır.

PAYLAŞ: