Azərbaycan XİN Avstriyaya başsağlığı verib

Siyasət
10-06-2025 - 16:11
Avstriyanın Qraz şəhərindəki orta məktəbdə günahsız şagird və müəllimlərin həyatına son qoyan faciəli atışma bizi kədərləndirdi.
Ajans.az xəbər verir ki bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial "X" sosial hesabında paylaşım edib.
"Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də Avstriya hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tez və tam sağalmasını arzu edirik", - paylaşımda qeyd edilib.
Xatırladaq ki, Avstriyada məktəbdə baş verən atışmada 11 nəfər həlak olub, 30-a yaxın insan yaralanıb. Onlardan, ən azı, 4-nün vəziyyətinin son dərəcə ağır olduğu bildirilir.
Zərif Sofiyeva
Vəzifəsi: Müxbir
Oxşar xəbərlər
ABŞ səfirliyi vətəndaşlarına İranı Azərbaycan sərhədi vasitəsilə tərk etməyi TÖVSİYƏ ETDİ
Siyasət23:44 / 15-06-25