Azərbaycan və İran HDQ-nin təlimləri başa çatdı
Gündəm
17-10-2025 - 22:46
Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) iştirakı ilə keçirilən “AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla yekunlaşıb.
Ajans.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib.
Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər.
Oxşar xəbərlər
"Bunlar özbək, qazax və qırğız qardaşlarımızın hədiyyələridir" - İlham Əliyev
Gündəm13:49 / 16-11-25