Azərbaycan - Ukrayna oyunu bu stadionda keçiriləcək

İdman
14-05-2025 - 17:46
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.
Ajans.az xəbər verir ki, D qrupunun II turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
Qeyd edək ki, matç saat 20:00-da başlayacaq.