Azərbaycan nümayəndə heyəti Buxarestdə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib
Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti noyabrın 4-də Buxarestdəki Tey Parkında Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib.
Ajans.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad olunub, büstün önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Audiovizual Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov daxildir.
Xatırladaq ki, Zəfər Günü münasibətilə noyabrın 4-də Buxarestdə Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə rəsmi qəbul keçiriləcək.
Mövzular:
Oxşar xəbərlər
Mərkəzi Asiya ölkələrinin XİN başçılarının görüşündə bu məsələlər müzakirə olundu - FOTOLAR
Siyasət20:27 / 15-11-25
Prezident İlham Əliyev "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mər... iştirak edib
Siyasət18:53 / 15-11-25
Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya ölkələri XİN başçılarının görüşündə iştirak etdi
Siyasət18:22 / 15-11-25
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Siyasət17:30 / 15-11-25