Azərbaycan dilində bir kəlmə, 300 minlik sual – Milyonçu proqramında unudulmaz an

Azərbaycan dilində bir kəlmə, 300 minlik sual
Maraqlı 10-06-2025 - 17:23

Türkiyənin ATV telekanalında yayımlanan populyar “Kim Milyonçu Olmaq İstəyir?” intellektual şou-proqramında Azərbaycanla bağlı sual oynanılıb.

Ajans.az 10-cu pillədə gələn və 300 min lirə mükafatı olan sualda Azərbaycan dilindəki “Suiti” sözünün Türkiyə türkçəsində hansı anlama gəldiyi soruşulub. Seçim üçün olaraq “Su aygırı”, “Fok”, “Katil balina”, “Köpek balığı” cavab variantları təqdim olunub .

Mustafa Civelek adlı yarış iştirakçısı Azərbaycana salamlarını göndərib, cavabın “Fok” olduğunu deyərək doğru cavab verib və növbəti suala adlayıb.

Videonun görüntüsü verlişin eyniadlı "Youtube" kanalında yayımlanıb.

PAYLAŞ: