Azarkeşlər klubun bazasına hücum etdilər

İdman
11-05-2025 - 17:18
İspaniyanın "Sevilya" komandasının azarkeşləri klubun bazasına hücum ediblər.
Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə "Selta"ya uduzduqları (2:3) La Liqanın XXXV turun oyunundan sonra baş verib.
Fanatlar bazada futbolçuları tapmağa çalışıblar və qapını sındırıblar. Klub münaqişənin böyüməsi təhlükəsi ilə əlaqədar polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni dayandırmaq üçün rezin güllələrdən istifadə etməyə məcbuq qalıb.
Təhlükəsizliyə görə oyunçular gecəni bazada keçiriblər.
Qeyd edək ki, "Sevilya" La Liqada 38 xalla 15-ci pillədə qərarlaşıb.