Astronomlar yeni və təhlükəli qalaktika kəşf etdi

Astronomlar yeni və təhlükəli
Gündəm 27-03-2025 - 22:42
 344

Yerdən təxminən bir milyard işıq ili uzaqlıqda yeni spiral qalaktika kəşf edilib.

Ajans.az xəbər verir ki, kəşf edilən spiral qalaktikaya "2MASX J23453268−0449256" adı verilib.

Astronomlar bu qalaktikanın mərkəzində Günəşin kütləsindən milyardlarla dəfə böyük olan superkütləli qara dəliyin olduğunu bildirib. Astronomlar bu qara dəliyin altı milyon işıq ili uzunluğunda radio reaktivlər yaydığı, həmçinin bu radio reaktivlərin qalaktikadakı həyatı tamamilə yox edəcək qədər güclü olduğu qənaətinə gəliblər.

Mütəxəssislər qeyd ediblər ki, bu radio reaktivlər Günəş sisteminə doğru yönəlsəydi, planetlərin atmosferini məhv edə və kütləvi məhvə səbəb ola bilərdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: