Amerikalı reper yenə ADINI DƏYİŞMƏK İSTƏYİR

Amerikalı reper yenə
Kanye Uest
Şou Biznes 10-06-2025 - 21:44

Məşhur amerikalı reper Kanye Uest ikinci dəfə adını dəyişmək istəyir.

Ajans.az xəbər verir ki, bu barədə “Page Six” portalı məlumat yayıb.

Məlumata görə, bununla bağlı sənədləri sənətçinin baş maliyyə direktoru artıq məhkəməyə verib. Belə ki, o, Ye Ye adlandırılmasını tələb edir.

Qeyd edək ki, 2021-ci ilin oktyabrında Los-Anceles məhkəməsi sənətçinin adını Ye olaraq dəyişdirməsinə icazə verib. 2024-cü ildə musiqiçinin rəsmi olaraq adı dəyişərək Ye olub.

PAYLAŞ: