Aktyor əməliyyat olunub- reanimasiyadadır

Şou Biznes
21-06-2025 - 10:26
Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.
Ajans.az APA-ya istinadən xəbər verir ki ona anevrizma diaqnozu qoyulub.
“Əməliyyatdan sonrakı dönəm də çox önəmlidir. Hazırda reanimasiyadadır”, - Dilarə Əliyeva qeyd edib.
Qeyd edək ki, TƏBİB-in məlumatına görə, həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib.