Ağstafada DƏHŞƏTLİ AİLƏ FACİƏSİ

Ağstafada
Polis
Kriminal 08-06-2025 - 23:29

Ağstafa rayonunda ailə münaqişəsi qanla bitib, qardaş qardaşı bıçaqlayıb.

Ajans.az Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü Abdulla Gəncəliyev kəsici alətlə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

lkin məlumata görə, hadisəni törətməkdə qardaşı 1990-cı il təvəllüdlü Vaqif Gəncəliyev şübhəli bilinir.

Belə ki, atası ilə mübahisə edən qardaşını ayırmağa çalışan V. Gəncəliyev kəsici alətlə A. Gəncəliyevə qol və çiyin nahiyyəsindən xəsarət yetirib.

Hazırda yaralının vəziyyəti kafidir.

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.