Ağır qəza - ÖLƏNLƏR VAR

Ağır qəza -
Hadisə 05-07-2025 - 13:48
 1220

Zaqatalada minik avtomobilləri toquşub, ölən və xəsarət alanlar var.

Ajans.az xəbər verir ki hadisə Zaqatala- Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, iki avtomobil toqquşub. Qəza zamanı üç nəfər xəsarət alıb, 1 nəfər ölüb.

Yaralılar Zaqatala RMX-nın Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

PAYLAŞ: