Ağcaqanad dişləməsi ilə ölümcül XƏSTƏLİYƏ YOLUXDU
Əskişəhərli 8 yaşlı Mehmet Emir Özbakan 6 il yarım əvvəl Qərbi Nil virusunu daşıyan ağcaqanadın dişləməsindən sonra yataq xəstəsi olub.
Ajans.az xəbər verir ki, milyonda bir olaraq görülən xəstəlik diaqnozu qoyulan Mehmet Emir müxtəlif müalicələrlə boru vasitəsilə qidalanmaqdan xilas olub və az da olsa hərəkət etməyə başlayıb.
Əskişəhərdə yaşayan 8 yaşlı Mehmet Emir Özbakan 6 il yarım əvvəl ailəsi tərəfindən Afyonkarahisarın Emirdağ rayonunda dəfn mərasiminə aparılıb. Orada yatarkən ağcaqanad dişləyən Mehmet Emir Özbakan cəmi 1 yaş yarım ikən yataq xəstəsi olub. Milçək onu dişləməmişdən əvvəl kifayət qədər sağlam və hərəkətli olan Mehmet Emirin hərəkətsiz qalması ailəsinin həyatının şoku olub.
Xəstəliyi daha sonra müayinə olunan Mehmet Emir Özbakan, fizioterapevtlər tərəfindən fiziki müalicə edilib. Boru ilə qidalanmadan xilas edilən və fiziki müalicə sayəsində xeyli hərəkət edən 8 yaşlı Mehmet Emir Özbakan hələ də başını sabit saxlamaqda çətinlik çəkir.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.