Aeroport yolunda sürət həddi endirildi

Cəmiyyət
15-04-2025 - 09:33
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, bununla bağlı mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda, tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Mövzular:
Oxşar xəbərlər
“Azərsun Holdinq” Beynəlxalq Yer Günü ilə bağlı təmizlik aksiyası təşkil edib
Cəmiyyət14:57 / 25-04-25