Abşeron rayonunda mağazalardan oğurluq edən şəxs saxlanılıb

Kriminal
10-06-2025 - 16:36
Abşeron rayonunda yerləşən iki mağazadan oğurluq edilib və nəticədə zərərçəkənlərə ümumilikdə 838 manat maddi ziyan vurulub.
Ajans.az Trend-ə istinadən xəbər verir ki bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı C.Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Atasını güllələyib, meyitini doğrayıb, kollektora atan yeniyetməyə hökm oxunub
Kriminal10:23 / 11-06-25