ABŞ Ukraynaya dəstəyin "mənasız" olduğunu BİLDİRDİ

ABŞ Ukraynaya dəstəyin "mənasız" olduğunu
Dünya 29-04-2025 - 11:30

Ukrayna heç vaxt ABŞ üçün strateji əhəmiyyət kəsb etməyib və onun ərazisindəki münaqişədə iştirak Vaşinqtonun maraqlarına cavab vermir.

Ajans.az xəbər verir ki, bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor “YouTube” kanalı “Daniel Davis/Deep Dive” üçün müsahibəsində deyib.

“Bizim üçün heç bir strateji əhəmiyyət kəsb etməyən bir ölkədə evimizdən 7000 mil məsafədə müharibəyə gedəcəyik”, - deyə, keçmiş müşavir bildirib.

Makqreqor Rusiyanın heç vaxt ABŞ üçün əsl düşmən olmadığına da işarə edərək, iki ölkə arasında qarşıdurmanı cəfəngiyyat adlandırıb.

Martın 4-də ABŞ prezidenti Donald Tramp Ukraynaya bütün hərbi yardımın dayandırılması barədə göstəriş verib. Direktiv bir milyard dollardan çox dəyəri olan silah və sursata təsir edib. Tramp həmçinin müdafiə naziri Pit Heqsetə Polşada artıq tranzit anbarlarda olan silah və texnikanı Ukraynaya yönləndirməməyi tapşırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: