ABŞ tarixində ən uzunmüddətli hökumət bağlanması başa çatdı
ABŞ federal hökumətinin qismən bağlanması ölkə tarixində ən uzunmüddətli fasilə ilə başa çatıb.
Ajans.az xəbər verir ki,bağlanma 1 oktyabr gecə yarısından başlayaraq bu gün — 4 noyabr tarixinədək davam edib və 34 gün, 21 saat və 24 dəqiqə sürüb. Bununla da Donald Trampın prezidentliyi dövründə, 2018–2019-cu illərdə qeydə alınmış əvvəlki 35 günlük rekord təzələnib.
Beynəlxalq media xatırladır ki, əvvəlki ən uzunmüddətli hökumət bağlanması 22 dekabr 2018-ci ildə başlayaraq 25 yanvar 2019-cu ildə başa çatmışdı.
Hazırda federal hökumətin fəaliyyətinin tam bərpası üçün maliyyə ayrılmasını nəzərdə tutan qanun layihəsi Konqres tərəfindən hələ təsdiqlənməyib.
Xatırladaq ki, ABŞ Senatı son həftələrdə artıq 14-cü dəfə Respublikaçılar tərəfindən təqdim edilən maliyyələşdirmə qanun layihəsini rədd edib.