ABŞ Konqresi Trampın yeni qərarı ilə AZAD EDİLDİ

Respublikaçı konqresmenlər Ağ Ev rəhbəri Donald Trampın bir sıra ölkələrə idxal tariflərinin tətbiqini dayandırmaq qərarına gəlməsindən sonra “rahat nəfəs alıblar”.
Ajans.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
"Məncə, şadlıq çox güclü sözdür, lakin... bu, çox müsbət idi" Con Kornin bildirib.
Senat çoxluğunun lideri Con Tun da qeyd edib ki, icra hakimiyyəti öz tarif siyasətini həyata keçirmək üzərində işi davam etdirir. Onun fikrincə, Amerika administrasiyası “bəzi yaxşı nəticələr” əldə edib.
Bundan əvvəl Tramp ABŞ-nin 75-dən çox ölkə üçün güzgü idxal rüsumlarının tətbiqini dərhal 90 gün müddətinə dayandıracağını açıqlamışdı. Eyni zamanda, Amerika lideri Çinə tətbiq edilən tarifləri 125 faizə qaldırıb . O, bunu Çinin dünya bazarlarına hörmətsizliyi ilə izah edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.