ABŞ-də ölümcül yataq böcəkləri YAYILIB

ABŞ-də ölümcül yataq böcəkləri
ABŞ
Dünya 17-09-2025 - 20:29

ABŞ-də təhlükəli "Chagas" xəstəliyinin (Amerika tripanosomiazı) daşıyıcıları olan triatomin böcəkləri yayılıb.

Ajans.az xəbər verir ki, "Öpüşmə böcəkləri" kimi də tanınan bu böcəklər adətən insanlar yatarkən yumşaq toxumalara - gözlərə və dodaqlara hücum edir. Onlara əsasən Mərkəzi Amerika və Meksikada rast gəlinir .

"Trypanosoma cruzi" paraziti "yataq böcəyi"də adlanır. Onlar dişlədikdən sonra insan dərisinin altına daxil olur. Yoluxmuş şəxslərdə qızdırma, yorğunluq, bədən ağrısı, iştahsızlıq, ishal və qusma kimi simptomlar müşahidə olunur. İnfeksiyanın xarakterik əlamətlərindən biri Romagna əlaməti kimi tanınan göz qapaqlarının şiddətli şişməsidir. Təcili müalicə olunmasa, xəstələr ölə bilər. "Chagas" xəstəliyi yalnız dişləmə ilə deyil, həm də çirklənmiş qida və qan vasitəsilə ötürülə bilər.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) ABŞ-də təxminən 280 min insanın "Chagas" xəstəliyinə yoluxa biləcəyini təxmin edir.

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.