45 gün əvvəl müəmmalı şəkildə itkin düşən qızdan XƏBƏR VAR

45 gün əvvəl müəmmalı şəkildə itkin düşən qızdan
ambulans
Gündəm 14-05-2025 - 23:00

Gürcüstanda itkin düşən Aytac Məmmədovanın meyiti tapıldı

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədovanın meyiti tapılıb

Ajans.az xəbər verir ki, 45 gün əvvəl müəmmalı şəkildə itkin düşən və özünü Kür çayına atdığı ehtimal edilən Məmmədovanın cəsədi çaya düşdüyü ehtimal edilən ərazidən 40-50 metr aralıda aşkar edilib.

Hadisə yerinə çağırılan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən meyit sudan çıxarılıb və ekspertizaya göndərilib. Hazırda ekspertizanın nəticələri gözlənilir.

PAYLAŞ: