25 milyonluq transfer Fənərbaxçada!

25 milyonluq transfer
İdman 04-07-2025 - 12:05

Fənərbaxçada transfer işləri José Mourinyo ilə birbaşa görüşlər sayəsində sürətlənib. Jhon Duran’dan sonra Nisin 25 milyon avro dəyərində olan ulduzu Evan Guessand da baş məşqçinin planları ilə razılaşıb.

Ajans.az haberler-ə istinadən xəbər verir ki, Fənərbaxçada yeni mövsüm öncəsi transfer dalğası güclü şəkildə davam edir. Al Nassrdan Jhon Duranı İstanbula gətirərək azarkeşləri həyəcanlandıran sarı-lacivərdlilər indi də Fransanın Ligue 1 ulduzlarından Evan Guessand üçün hərəkətə keçib.

 Baş məşqçi José Mourinho 24 yaşlı oyunçu ilə birbaşa telefonda danışıb. Portuqaliyalı mütəxəssis Guessand’a “Səni Jhon Duranla birlikdə oynatmağı planlaşdırıram” deyərək layihədəki yerini aydın şəkildə çatdırıb. Bu sözlərdən sonra Guessandın Fənərbaxçaya gəlməyə müsbət yanaşdığı bildirilir.

PAYLAŞ: