Alimenti ödəməyən atalara ŞOK CƏZA – 3 İl Həbs!

Alimenti ödəməyən atalara ŞOK CƏZA –
Cəmiyyət 09-04-2025 - 14:45

‘’Ata bəzi hallarda aliment ödəməkdən azad edilə bilər’’.

Bu barədə tanınmış hüquqşünas Tağı Hüseynov Ajans.az-a açıqlama verib. Onun sözlərinə görə, uşaq başqa bir şəxsə övladlığa verilərsə, aliment dayandırılır və xərcləri yeni valideyn qarşılayır:



 ‘‘Həmçinin, uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmadan tam fəaliyyət qabiliyyəti əldə etdikdə də aliment ödənilməsi dayandırıla bilər. Doğrudur, bu hallar geniş yayılmayıb.

Əlavə olaraq, tərəflərdən biri vəfat etdikdə də aliment öhdəliyinə xitam verilir. Bəzən aliment borcu yığıla bilər. Belə hallarda, əgər şəxs əlillik qrupu alarsa, məhkəməyə müraciət edərək yığılan aliment borcunun silinməsinə nail ola bilər. Bu sahədə qanunvericilikdə müəyyən boşluqlar mövcuddur və yaxın gələcəkdə bu məsələyə toxunulacağı istisna edilmir.

Ata ilə uşağın əlaqəsi tamamilə kəsilsə və ya uşaq xaricə köçsə belə, aliment öhdəliyi qüvvədə qalır. Çünki aliment uşağın böyüməsi və əsas ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulur. Alimentin ödənilməməsi hüquqi məsuliyyətə səbəb olur. Məhkəmə qətnaməsinin icra edilməməsi halında, həmin şəxs 30 sutkaya qədər inzibati qaydada həbs edilə bilər. Cinayət məsuliyyəti yarandıqda isə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər. Bundan əlavə, ana aliment ödənilmədiyi günlər üçün dəbbə pulu (gündəlik cərimə) tələb edə bilər’’.

 

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: